İdman

Millimizin potensial rəqibləri bilindi

Metbuat.az

Futzal üzrə milli komandamızın Avropa çempionatının "pley-off" mərhələsindəki potensial rəqiblərinə aydınlıq gəlib.

Apasport.az

saytının məlumatına görə, yığmamız 7 komandadan birinə rəqib olacaq.


 


Komandamızla yanaşı, digər qrupların ikinciləri, eləcə də ən yaxşı 3-cü yerin sahibi "pley-off" mərhələsində 4 cütlüyə bölünəcək və qalib gələnlər final mərhələsinə vəsiqə qazanacaqlar. Beləliklə, qrup ikinciləri olan Azərbaycan, Bosniya və Herseqovina, Macarıstan, Belarus, Çexiya, Slovakiya, Qazaxıstan, həmçinin ən yaxşı 3-cü olan Rumıniya öz aralarında xoşbəxt "dördlüy"ü müəyyən edəcəklər.


 


İyunun 10-da İsveçrənin Nyon şəhərində "pley-off"un püşkatması olacaq. Bu mərhələnin oyunları isə sentyabrın 15-də və 22-də baş tutacaq.


 


Qeyd edək ki, Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya və Portuqaliya qrup birinciləri kimi, Serbiya isə ev sahibi qismində gələn il fevralın 2-dən 13-dək keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.



Milli.Az