İdman

Millimiz Dubayda iki oyun keçirib

Metbuat.az

Milli.Az-a AFFA-dan verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.



Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib. İlk oyunda futbolçularımızdan

Zeynal Zeynalov

fərqlənib. Özbəkistan millisinin qapısından isə topları

Elvin Quliyev

,

Sabir Allahquliyev

Renat Sultanov

keçirib.



Milli.Az