Milli komandamızdan uğurlu start
Bu gün futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə apardığı 4-cü qrupun oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.
Əvvəlcə meydana Ukrayna və Danimarka milliləri çıxacaq. Ukraynalılar 5:2 hesablı qələbə qazanıb.
Millimiz isə Belçikanı sınağa çəkib. İlk yarıda daha yaxşı oyun sərgiləyən komandamı 3 qol vurub. Belçikalılar ikinci yarıda bunlardan birinin əvəzəini çıxıb və millimiz 3:1 hesablı qələbə qazanıb.
Avropa çempionatı
Əsas mərhələ
4-cü qrup, I tur
Ukrayna - Danimarka 5:2
Qollar: Mikola Bilotserkivets, 4:10; 8:35. Dmitro Sorokin, 4:59. Denis Ovsyannikov, 9:37; 10:24 - Rasmus Luçt, 13:15. Kevin Yorgensen, 37:10.
Hakimlər: Timo Onatsu (Finlandiya), Lukas Pesko (Slovakiya), Françisko Diaz (İspaniya).
"Sərhədçi" İdman Olimpiya Mərkəzi
Azərbaycan - Belçika 3:1
Qollar: Eduardo, 1:00. Auqusto, 16:01. Fineo De Araujo, 18:56 - Valentin Duyakuyer, 37:34.
Hakimlər: Fernando Lumbreas (İspaniya), Françisko Dias (İspaniya), Lukas Pesko (Slovakiya).
"Sərhədçi" İdman Olimpiya Mərkəzi.
MənbəANS PRESS