İdman

Milli komandamız avropalılara gücünü göstərdi

Metbuat.az

Azərbaycan milli komandası ikinci ildir ki, komanda yarışlarında Avropa çempionatının mükafatçısı olur.



Trend

Milli Karate Federasiyasına istinadən xəbər verir ki, ötən il Finlandiyada Avropa çempionu olan karateçilərimiz bu il də vətənə medallarla dönürlər.



3-cü yer uğrunda yarışın ən güclülərindən sayılan Almaniya komandası ilə görüşü 3:0 hesablı tam üstünlükülə başa vuran Azərbaycan idmançıları 50-ci Avropa çempionatının bürünc medallarına sahib olublar.



Fərdi yarışlarda 3 medal -

Rafael Ağayev

(-75 kq) və

Niyazi Əliyev

(-67 kq) ilə qızıl medal,

Ayxan Mamayev

ilə isə (-84 kq) gümüş mükafat qazanan karateçilərimiz bu nəticələrələ 47 iştirakçı ölkədən 19 medal qazana bilən komandalar arasında 6-cı olublar.



Milli.Az