İdman

Milli Gimnastika Arenasında Novruz bayramı qeyd edilib

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının (AGF) və Təhsil Nazirliyinin dəstəyi ilə xüsusi məktəbdə şagirdlər üçün Novruz bayramı şənliyi keçirilib. Tədbirdə gimnastikanın müxtəlif növləri üzrə yığma komandaların üzvləri də iştirak ediblər.


AGF-dən

AZƏRTAC

-a bildiriblər ki, layihə məktəb yaşlarında olan gimnastların təhsillərini davam etdirə bilmələri məqsədilə həyata keçirilir. Çoxmillətli yığma komandalarımız parlaq çıxışlar göstərək rəqs edib, mahnı oxuyub, Azərbaycan dilində şeirlər söyləyib, qədim Novruz bayramı haqda maraqlı faktlar danışıblar.


Federasiyanın vitse-prezidenti Altay Həsənov beynəlxalq arenada ölkəmizin idman şərəfini ləyaqətlə qoruyan gimnastların Azərbaycanın mədəniyyəti və adət-ənənələrini yaxından bilmələrini yüksək qiymətləndirib.