Meydandakı Türk bayrağı erməniləri özündən çıxardı (VİDEO, FOTO)
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Albaniya - Ermənistan matçında azarkeşlər arasında qalmaqal yaşanıb.
ANS PRESS-in məlumatına görə, albaniyalı azarkeşlər tərəfindən açılan Türkiyə bayrağı erməni azarkeşlərini özündən çıxarıb.
Qeyd edək ki, Albaniya millisi evdə Ermənistana qalib gəlib. Oyunun 4-cü dəqiqəsində ermənilər irəli keçib. Yura Movsisyan fərqlənib. Lakin 77-ci dəqiqədə Mergim Mavray vurduğu qolla hesabı bərabərləşdirib. 82-ci dəqiqədə isə Şkelzen Qaşi Albaniyanın qələbə topunu vurub: 2:1.
Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin start heyətində oynayıb. Albaniya millisinin əsas üzvlərindən olan müdafiəçi oyunu ilə diqqəti özünə cəlb edə bilib.
Baş verən qalmaqalın görüntülərini ilə sizi tanış edirik:
ANS PRESS