İdman
ANS PRESS
Messidən daha bir rekord
İspaniya La Liqasında “Real Madrid”in məğlubiyyətinin ardından liderlik şansı qazanan ”Barselona” bu şansı əldən vermədi.
ANS PRESS-in məlumatına görə, “Rayo Valekano”nu 6:1 hesabı ilə darmadağın edən “barsa”lılar turnir cədvəlinin lideri oldu.
Oyunda Luis Suares 2, Cerard Pike 1 qol vurduğu halda Lionel Messi het-trik edərək daha bir rekord qırıb. Oyunun 68-ci dəqiqəsində özünün 3-cü komandasının 5-ci qolunu vuran Messi 32-ci het-trikini rəsmiləşdirərək La Liqada ən çox het-trik edən futbolçu oldu.
Bununla o, daha öncə İspaniya La Liqasında 31 het-trik edən Telmo Zarranım rekordunu yeniləmiş oldu. Onun əzəli və əbədi rəqibi olan Kriştiano Ronaldo isə 27 het-trikin müəllifidir.
MənbəANS PRESS