İdman
Mənbə
ANS PRESS
Məşhur yazıçı “Neftçi”yə prezident təyin edildi
Yazıçı Çingiz Abdullayev “Neftçi”yə prezident təyin edildi
ANS PRESS-in məlumatına görə, bu barədə aznews.az saytı xəbər yayıb.
Kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.
Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.
Mənbə
ANS PRESS