İdman

"Mançester Yunayted"in köhnə sevdası təzələnib

Metbuat.az
"Mançester Yunayted" mövsümün sonunda Memefis Depayı heyətə cəlb etməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "manikunianlar"ın skautları Depayı izləmək üçün Hollandiya - İspaniya yoldaşlıq oyununda iştirak edəcəklər. Depayın transferinə görə 20 milyon avro tələb olunur.
 
Qeyd edək ki, hollandiyalı yarımmüdafiəçinin ötən yay "Yunayted"də oynamağa həvəsi olsa da, baş məşqçi Van Qaal ona daha bir mövsüm "PSV Eyndhoven"də qalmağı məsləhət görmüşdü.

Milli.Az