İdman

Malta millimiz üçün heyəti açıqlandı

Metbuat.az

Martın 28-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq Malta yığmasının yekun heyəti açıqlanıb.



ANS PRESS-in məlumatına görə, rəqibin baş məşqçisi Pietro Qedin yığmamızla oyun üçün 23 futbolçunun xidmətindən yararlanacaq.



Xatırladaq ki, martın 25-də Gürcüstanla yoldaşlıq oyununda qüvvəsini sınayacaq Malta yığması 3 gün sonra seçmə mərhələ çərçivəsində Bakıda millimizlə üz-üzə gələcək.



Qapıçılar: Yustin Haber ("Birkirkara"), Henri Bonelyo ("Hibernians"), Endryu Hoq ("Kallon", Yunanıstan).



Müdafiəçilər: Andrey Agius ("Hibernians"), Stiv Bezzina (“Balzan”), Stiv Borq, Conatan Karuana, Rayan Kamilleri (hamısı "Valletta"), Rayan Kamenzuli, Zak Muskat (hər ikisi "Birkirkara"), Yurgen Pisani ("Pieta").



Yarımmüdafiəçilər: Konor Borq, Stiv Pisani (hər ikisi "Floriana"), Roderik Briffa, Rayan Feneç (hər ikisi "Valletta"), Pol Feneç, Rouen Muskat (hər ikisi "Birkirkara"), Byorn Kristensen (“Hibernians”), Mark Skerri ("Slima").



Hücumçular: Endryu Kohen, Jin Pol Farruqiya, (hər ikisi "Hibernians"), Alfred Effionq ("Qormi"), Andre Şembri ("Omoniya", Kipr)

Mənbə
ANS PRESS