İdman

Malayziyada çoxgünlük “Le Tour de Langkawi” veloyürüşü davam edir

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Malayziyada keçirilən 2-ci kateqoriyalı çoxgünlük “Le Tour de Langkawi” yürüşündə mübarizəni davam etdirir.


AZƏRTAC

xəbər verir ki, 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 6-cı mərhələ başa çatıb.


Martın 13-də iştirakçılar 96,6 kilometr məsafə qət ediblər. “Synergy Baku”nun üzvlərinin hamısı mərhələni liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat 14 dəqiqə 19 saniyə. Fotofinişə əsasən, ən yüksək göstərici Aleksandr Surutkoviçə məxsusdur - 13-cü yer.