İdman

Malayziyada çoxgünlük “Le Tour de Langkawi” veloyürüşü davam edir

Metbuat.az

Bakı, 11 mart, Səxavət Quliyev,

AZƏRTAC

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük “Le Tour de Langkawi” yürüşündə mübarizə aparır.


AZƏRTAC

xəbər verir ki, 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 4-cü mərhələ başa çatıb. İştirakçılar 165,4 kilometr məsafə qət ediblər.


“Synergy Baku”nun üzvlərindən ən yüksək nəticə Aleksandr Surutkoviçə məxsusdur. O, məsafəni 3 saat 43 dəqiqə 14 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 9-cu yeri tutub. Samir Cəbrayılov 43-cü, Elçin Əsədov isə 56-cı nəticə göstərib. Yürüşün ən yaxşı dağ velosipedçiləri siyahısında Elçin Əsədov 7-ci yerdədir.