İdman

London və Münxendə həlledici oyunlar

Metbuat.az

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunları baş tutacaq.



ANS PRESS-in məlumatına görə, "Çelsi" evdə PSJ ilə qarşılaşacaq.



Parisdə keçirilən ilk oyunda hərəyə 1 dəfə fərqlənən komandalar cütün taleyini Londonda keçiriləcək oyuna saxlayıblar. Digər oyunda isə "Bavariya" Donetsk "Şaxtyor"unu qəbul edəcək. Lvovda keçirilən ilk oyunda qapılara qol vurulmayıb.



Çempionlar Liqası


1/8 final


11 mart


23:45 "Çelsi" (İngiltərə) - PSJ (Fransa)


Baş hakim: Byörn Keypers (Hollandiya)


London. "Stemford Bric" stadionu


İlk oyun - 1:1



23:45 "Bavariya" (Almaniya) - "Şaxtyor" (Ukrayna)


Baş hakim: Uilli Kollam (Şotlandiya)


Münxen. "Alyans Arena"


İlk oyun - 0:0

Mənbə
ANS PRESS