İdman

Kriterium üzrə açıq Bakı çempionatının birinci mərhələsinə yekun vurulub

Metbuat.az

Bakı, 29 mart,

AZƏRTAC

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim-planına əsasən, martın 29-da Veloparkda kriterium üzrə açıq Bakı çempionatının birinci mərhələsi keçirilib.


AZƏRTAC

xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 80-dək idmançısı mübarizə aparıb.


Reqlamentə əsasən, 15 yaşadək idmançılar 10, 17 yaşadək velosipedçilər 20, gənclər, 23 yaşadək velosipedçilər, elit yaş kateqoriyasında çıxış edən idmançılar isə 30 kilometr məsafə qət ediblər. Yarışlarda müvafiq olaraq, David Proherkus, Mikayıl Səfərli və Elgün Əlizadə birinci yerləri tutublar.