İdman

Kişi otüstü xokkeyçilərdən ibarət Azərbaycan millisi yenidən Çexiya yığması ilə qarşılaşacaq

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində kişi otüstü xokkeyçilər arasında Dünya Xokkey Liqası yarışlarının ikinci mərhələsi davam edir.


AZƏRTAC

xəbər verir ki, Azərbaycan millisi turnirdə növbəti oyununu məğlubiyyətlə başa vurub. CAR millisi ilə qarşılaşan xokkeyçilərimiz 2:3 hesabı ilə uduzublar.


Turnirdə 5-8-ci yerlər uğrunda millimiz martın 14-də Çexiya yığması ilə qarşılaşacaq. Qeyd edək ki, Çexiya millisi ilə xokkeyçilərimiz qrup mərhələsində üz-üzə gəlmişdilər və görüş Azərbaycan təmsilçisinin (1:1, bullitlər seriyası 3:1) hesablı qələbəsi ilə yekunlaşmışdı.


Turnirin finalçıları və ən yaxşı iki komandası “Rio-2016” Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəni davam etdirəcək.