İdman
AZƏRTAC
Kişi otüstü xokkeyçilərdən ibarət Azərbaycan millisi Çexiya yığmasına qalib gəlib
Bakı, 12 mart,
AZƏRTACCənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində kişi otüstü xokkeyçilər arasında Dünya Xokkey Liqası yarışlarının ikinci mərhələsi davam edir.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan millisi “B” qrupunda sonuncu oyununu keçirib. Çexiya komandası ilə qarşılaşan xokkeyçilərimiz görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıblar. Qalib bullitlər seriyasında müəyyənləşib. Azərbaycan millisi rəqibini 3:1 hesabı ilə məğlub edib.
Millimiz qrup mərhələsi çərçivəsində Fransa (0:4) və Belarus (3:4) komandaları ilə də qarşılaşıb.
Turnirin finalçıları və ən yaxşı iki komandası “Rio-2016” Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəni davam etdirəcək.