İdman
Milli.Az
Kakanın iştahı böyükdür
ABŞ klubu “Orlando Siti”nin məşhur futbolçusu
Kakanın Braziliya millisi ilə bağlı arzuları böyükdür.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “sambaçı” yığmasının heyətində DÇ-2018-də iştirak etmək niyyətindədir.
O, bunun üçün əlindən gələni edəcəyini bildirib: ““Orlando Siti” ilə müqaviləm 3,5 illikdir və ondan sonra da karyeramı bitirmək barədə düşünmürəm. Əgər millinin baş məşqçisi Dunqa mənə ehtiyac duyarsa, Braziliya yığmasının formasını geyinməyə hazıram. DÇ-2018 mənim üçün stimuldur”.
Qeyd edək ki, 33 yaşlı Kaka DÇ-2002-nin qalibi olan Braziliya millisinin heyətində yer alıb.
Milli.Az