İdman

İtaliya və Norveç Bakıya "casus" göndərir

Metbuat.az

AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Malta oyununu millimizlə eyni qrupda mübarizə aparan İtaliya və Norveç yığmalarının nümayəndələri canlı izləyəcək.



ANS PRESS-in məlumatına görə, bu məqsədlə İtaiyadan Françeska Rokka, Norveçdən isə Rudi Petter Bakıya gələcək.



Qeyd edək ki, Azərbaycan - Malta oyun martın 28-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Mənbə
ANS PRESS