İdman

İran bayrağa görə Azərbaycandan - ÜZR İSTƏDİ

Metbuat.az

İran Güləş Federasiyası Tehranda keçirilmiş yunan-Roma güləşi üzrə Dünya Kuboku qaliblərinin mükafatlandırma mərasimi zamanı Azərbaycan bayrağında 5 guşəli ulduzun təsvir olunması ilə əlaqədar üzr istəyib.

 
Milli.Az sportnet.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev jurnalistlərə açıqlama verib.
 
N.Əliyev bildirib ki, İran tərəfi məsələ ilə əlaqədar üzrxahlıq məktubu göndərib: "Federasiyanın prezidenti məktub yazmışdı. O, ilk növbədə bizi təbrik etdi, daha sonra üzrxahlığını bildirdi. Bunu böyük problemə çevirməməliyik".
 
Qeyd edək ki, Dünya Kubokunu Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası qazanıb. Bu münasibətlə himn səsləndirilərkən, Azərbaycan bayrağındakı ulduz səkkiz yox, beşguşəli formada göstərilib.
 
Milli.Az