İdman

İngiltərə - Azərbaycan oyununu kim idarə edəcək?

Metbuat.az

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunlarını idərə edəcək hakimlərin adları açıqlanıb.



ANS PRESS-in məlumatına görə, Azərbaycan yığmasının yer aldığı 7-ci qrupun oyunlarına təyinatlar müəyyənləşib.



Fransada keçiriləcək qrupun ilk turunda meydan sahibləri ilə qarşılaşacaq millimizin ilk oyununu çernoqoriyalı Nikola Dabanoviç idarə edəcək. Yığmamızın İngiltərə və Danimarka ilə matçlarında ədləti isveçrəli Adrien Jakkottetin başçılıq etdiyi briqada qoruyacaq.



26 mart


22.30 Fransa - Azərbaycan


Hakimlər: Nikola Dabanoviç, Qortse Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Jobin, Adrien Jakkottet (hər ikisi İsveçrə).


Sent-Lo. "Luis Villemer" stadionu.



28 mart


21.30 İngiltərə – Azərbaycan


Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).


Bayo. "Anri Jane" stadionu.



31 mart


22.00 Azərbaycan – Danimarka


Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).


Flers. "Stad de Haz" stadionu.

Mənbə
ANS PRESS