İdman

"İlk dəqiqələrdən aqressiv olmaq lazımdır"

Metbuat.az

Milli.Az Azərbaycan yığmasının müdafiəçisi

Bədavi Hüseynov

un

azerisport.az

-a müsahibəsini təqdim edir.



- Malta ilə seçmə mərhələ oyununa hazırsınız?

- Bəli, yaxşı hazırlıq keçmişik. Yaxşıdır ki, oyunçular arasında zədəlisi yoxdur. Matça tam hazırıq və start fitini gözləyirik.



- Rəqib barədə nə düşünürsünüz?

- Maltanın yaxşı komandası var. Müdafiədə xüsusilə çox yaxşı oynayırlar. Rəqibi yaxşı analiz etmişik.



- Bildiyimizə görə, artıq Gürcüstan - Malta yoxlama matçı futbolçulara göstərilib...

- Bəli, həmin oyuna baxdıq. Maltalıların müdafiədən hücuma keçmələrini xüsusi qeyd edərdim. Aydın məsələdir ki, onlar Bakıda əks-hücum futbolu nümayiş etdirməyə çalışacaqlar. Buna görə diqqətli oynamağımız lazımdır.



- Bu oyunda qalib gəlmək üçün necə oynamaq lazımdır?

- İlk dəqiqələrdən aqressiv olmaq lazımdır. Necə də olmasa, evdə oynayırıq. Deməli, hücumda oynamalıyıq. Lakin rəqibin əks-hücumları zamanı da diqqətli olmağımız vacibdir.



- Azarkeşlərə qələbə sözü verə bilərsiniz?

- Hamımız qələbə qazanmaq istəyirik, bunun vacibliyini başa düşürük. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı nəticələnəcək.



- Prosineçkinin komandaya güvəndiyi hiss olunur. O, az qala bunu hər açıqlamasında bildirir...

- Doğrudan da, onun bizə inandığı hiss olunur, bizi dəstəkləyir. Bu, çox vacibdir və bizə xoşdur.



- Yəqin bilirsiniz ki, qələbədən başqa istənilən nəticə azarkeşlərdə böyük məyusluq yaradacaq...

- Azarkeşlərin bizdən qələbə gözlədiyini başa düşürük. Qələbə qazanmaq, oyundan sonra hamının bizdən razı qalması üçün əlimizdən gələni edəcəyik.



Milli.Az