İdman
Milli.Az
Həmyerlimiz 90 dəqiqə oynadı, komandası yenə məğlub oldu
Türkiyə PTT I liqasında XXV tura yekun vurulub. Milli.Az
apasport.az-a istinadən xəbər verir ki, turun qapanış matçında həmyerlimiz
Cəmşid Məhərrəmovun komandası “Adanaspor” meydana çıxıb.
Adana klubu çempionatın autsayderlərindən olan “Altınordu”nun qonağı olub. Cəmşid Məhərrəmovun 90 dəqiqə meydanda qaldığı qarşılaşmadan “Altınordu” 3:1 hesablı qalibiyyətlə ayrılıb.
Qeyd edək ki, bu nəticədən sonra aktivində 28 xal olan “Adanaspor” turnir cədvəlinin 14-cü pilləsinə yuvarlanıb.
Milli.Az