İdman

Həmvətənlərimiz Murmanskda beynəlxalq turnirin qalibi oldular

Metbuat.az

Bakı, 20 mart,

AZƏRTAC

Rusiya Federasiyasının qəhrəman şəhəri Murmansk Həmkarlar İttifaqı Mərkəzi Stadionunun İdman Sarayında gənclər arasında yunan-Roma güləşi üzrə ənənəvi turnir keçirilib. Turnir şəhər yığma komandasının ilk məşqçisi Sergey Okuliçevin xatirəsinə həsr olunub.


Murmansk Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsinin himayəsi altında keçirilmiş turnirdə ev sahibləri ilə yanaşı, Olenoqorsk, Snejnoqorsk, Polyarnı, Severomorsk şəhərlərindən və vilayətin Kola rayonundan idmançılar iştirak ediblər.


Ümumrusiya Azərbaycan Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov

AZƏRTAC

-a bildirib ki, müxtəlif çəki kateqoriyalarında 2003-2005-ci illər təvəllüdlü oğlanlar arasında qaliblər Süleyman Mahmudov və Rəcəb Əliyev olublar.