İdman
AZƏRTAC
Güləşçilərimiz beynəlxalq turnirin ilk günündə iki medal qazanıblar
Bakı, 29 mart,
AZƏRTACİstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan güləş üzrə sayca 43-cü beynəlxalq turnirin ilk günündə Azərbaycan millisi iki medal qazanıb.
AZƏRTAC
xəbər verir ki, məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında mübarizə aparan Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edir.