İdman

Güləş hakimləri ilin ilk seminarında bir araya gəliblər

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Martın 19-da Olimpiya Güləş Mərkəzində güləş yarışlarını idarə edən milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib.


AZƏRTAC

xəbər verir ki, seminarın keçirilməsi Dünya Güləş Birliyinin yarış idarə etmə təcrübəsi, yarışların beynəlxalq qurumun qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə olunmasında hakimlərin təlimatlandırılması məqsədi daşıyıb.


Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda Dünya Güləş Birliyinin təqvim planı üzrə keçirilən son yarışlardan videogörüntülər izlənilib, mübahisəli məqamlar üzərində fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin güləş qaydaları və tətbiq olunan yeniliklər izah edilib, nəzəri və praktiki biliklər paylaşılıb.