İdman

Gimnastika üzrə açıq Azərbaycan çempionatının ilk qalibləri müəyyənləşib

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

, Raisə Abbasova


Bakıda, Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının çoxnövçülük üzrə qalibləri müəyyənləşib.


AZƏRTAC

xəbər verir ki, qadınlar arasında keçirilən yarışlarda


qızıl medalın sahibi Azərbaycan təmsilçisi Kristina Pravdina olub.


Tutya Yilmaz gümüş, Demet Mutlu (hər ikisi Türkiyə) isə bürünc medala layiq görülüblər.


Kişilər arasında birinci yeri Oleq Depkov, ikinci yeri Petro Paxyu (hər ikisi Azərbaycan), üçüncü yeri isə Filipp Ott (Xorvatiya) tutub.


Martın 6-dək davam edəcək açıq Azərbaycan çempionatında 22 ölkədən 133 idmançı iştirak edir.