İdman

Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında idmançılarımız uğurla çıxış ediblər

Metbuat.az

Bakı, 6 mart, Raisə Abbasova,

AZƏRTAC

 


Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı idmançılarımızın uğurlu çıxışları ilə yadda qalıb.


AZƏRTAC

xəbər verir ki, bədii gimnastika üzrə milli komandamızın lideri Marina Durunda hesabına beş medal - 1 qızıl, 3 gümüş, 1 bürünc medal yazıb. Digər bədii gimnastımız Gülsüm Şəfizadə isə iki bürünc medala layiq görülüb.


Gimnastlarımız Mariya Smirnova, Kristina Pravdina da qızıl medallar əldə ediblər.


Kişilər arasında yarışlarda komandamızın təmsilçisi Oleq Stepko beş medal qazanıb. Petro Parnyukun hesabında isə iki gümüş medal var.


Azərbaycan gimnastları komanda hesabında 5 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.


Qeyd edək ki, gimnastikanın 6 növü üzrə keçirilən açıq Azərbaycan çempionatı “Bakı-2015” Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.