İdman

Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında çoxnövçülükdə azərbaycanlı gimnastlar liderdirlər - FOTO

Metbuat.az

Azərbaycan gimnastları

Oleq Stepko

Kristina Pravdina

Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında hazırda çoxnövçülükdə liderdirlər.



Trend

-in məlumatına görə, çoxnövçülükdə üç rotasiyadan sonra kişilər arasında Azərbaycan nümayəndəsi Oleq Stepko 45 balla liderlik edir. İkinci yerdə aktivində 43,550 bal olan digər Azərbaycan idmançısı

Pyotr Paxnyuk

qərarlaşıb. London Olimpiya Oyunlarının mükafatçısı xorvatiyalı Filip Ude 42,850 balla üçüncüdür.



Qadınlar arasında gimnastik çoxnövçülükdə iki rotasiyadan sonra Azərbaycan idmançısı Kristina Pravdina 26,233 balla liderliyi ələ keçirib. Türkiyəli Tutya Yılmaz 25,299 balla ikinci, aktivində 24,932 bal olan azərbaycanlı Yuliya İnşina üçüncüdür.



Kişi idmançılar arasında çoxnövçülükdə qaliblər 6, qadınlar arasında isə 4 rotasiyadan sonra müəyyənləşəcək.



Milli.Az