İdman
Mənbə
ANS PRESS
Gənc futbolçu qəzada öldü (FOTO)
Türkiyədə gənc futbolçu avtomobil qəzasında həlak olub.
ANS PRESS-in məlumatına görə, hadisə İzmirin Buca qəsəbəsində baş verib.
Sürücü sükana nəzarəti itirib və avtomobil aşıb. Nəticədə "Bucaspor"un U-17 komandasının 17 yaşlı üzvü Ömer Teymur həlak olub, 3 dostu ağır yaralanıb.
Ömer Teymur Türkiyənin perespektivli futbolçularından sayılırmış. Hazırda faktla bağlı araşdırmalar davam edir.
ANS PRESS