İdman

Futbolumuzda növbəti BİABIRÇILIQ: yeməkdən siçan çıxdı

Metbuat.az
Bir neçə futbolçu komandanı tərk edib

Ötən gün Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb.
  
Milli.Az xəbər verir ki, sportal.az-a daxil olan məlumata görə, "Kəpəz" futbolçuları gözlənilməz hadisə ilə üzləşiblər. Belə ki, komandanın bazasında qalan futbolçular bazanın yeməkxanasında biabırçı halla üzləşiblər.
  
Futbolçuların birinin yeməyindən ölü siçan çıxıb. Bu halı görən futbolçulardan artıq 4-ü komandanı tərk edib. Bunlardan birinin Ramil Haşımzadə olduğunu öyrənsək də, digər 3-nün adı məlum deyil.

Məlumatda klubun bazasında qalan futbolçular üçün heç bir şərait olmadığı və mətbəxdə insanlardan çox siçanların olduğu, yeməklərin isə bərbad vəziyyətdə olduğu bildirilib.

Milli.Az