İdman

Futbolçu qolu bayram etdiyinə görə üzr istədi (FOTO)

Metbuat.az

"Dünənki oyunda fərqləndiyim ucun şadam. Matçdan əvvəl demişdim ki, qol vursam, sevinməyəcəyəm. Amma oyunda elə ab-hava yaranmışdı ki, emosiyamı saxlaya bilmədim".



ANS PRESS-in məlumatına görə, bu sözləri PSJ klubunun braziliyalı futbolçusu David Luiz deyib.



Təcrübəli müdafiəçi Çempionlar Liqasının 1/8 final oyunları çərçivəsində keçirilən dünənki oyunda sabiq komandası "Çelsi"yə vurduğu qolun sevincini qeyd etdiyinə görə london azarkeşlərindən üzr istəyib: "Çelsi" azarkeşlərinə verdikləri dəstəyə görə minnətdaram. Vurduğum qolu bayram etdiyimə görə isə onlardan üzr istəyirəm. Oyuna gəlincə, əla oyun keçirdik. Azlıqda qalmağımıza baxmayaraq, mərhələ adlamağı bacardıq.



Qeyd edək ki, Londonda qeydə alınan 2:2 hesablı nəticə PSJ-ni növbəti mərhələyə daşıyıb.



Mənbə
ANS PRESS