İdman
AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının 26-cı turuna yekun vurulub
Bakı, 19 mart,
AZƏRTACFutbol üzrə Topaz Premyer Liqasının 26-cı turuna yekun vurulub.
AZƏRTAC
xəbər verir ki, bu turda AZAL - “Xəzər-Lənkəran” (3:1), “Bakı” - “Simurq” (0:3), “İnter” - “Qəbələ” (1:2) və “Sumqayıt” – “Qarabağ” (1:2) oyunları keçirilib.
Hesabında 52 xal olan “Qarabağ” komandası turnir cədvəlinə liderlik edir. “İnter” 43 xalla ikinci, aktivində 39 xal olan “Neftçi” isə üçüncü pillədə qərarlaşıb.