İdman

Futbol üzrə Avropa Liqasının ¼ final mərhələsində rəqiblər bəlli olub

Metbuat.az

[ 20 Mart 2015 16:35 ]


Bakı - APA. Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, püşkün nəticələri belədir:

“Dnepr” (Ukrayna) – “Brügge” (Belçika)
“Dinamo Kiyev” (Ukrayna) “Fiorentina” (İtaliya)

“Volsburq” (Almaniya) – “Napoli” (İtaliya)

“Zenit” (Rusiya) – “Sevilya” (İspaniya)

İlk oyunlar aprelin 16-da, cavab oyunları isə aprelin 23-də olacaq.

Avropa Liqasının final oyunu mayın 27-də Varşava Milli Stadionunda keçiriləcək.