Fransa boksçuları Avropa Oyunlarına Bakıda hazırlaşıblar
Bakı, 10 mart,
AZƏRTACBoks üzrə Fransa milli komandası Avropa Oyunlarına hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olub.
AZƏRTAC
xəbər verir ki, fevralın 28-dən martın 8-dək davam edən toplanışda 9 boksçu iştirak edib. Onların arasında 2010-cu ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi Toni Yoka, WSB liqasından yaxşı tanınan Mişel Tavares və 2013-cü il Avropa çempionatının bürünc mükafatçısı Abdel Malik Ladjali kimi idmançılar olub. Qeyd edək ki, T.Yoka bir müddət əvvəl paytaxtımızda keçirilən “AİBA Pro Boxing” turnirində də mübarizə aparıb.
Azərbaycan milli komandasında isə “Baku Fires” klubunun düşərgəsində olan boksçulardan başqa digər bütün idmançılar birgə təlim-məşq toplanışında iştirak ediblər. Milli komandamızın liderləri Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov kimi boksçular da bu hazırlığa qatılıblar.