İdman

​Fransa-98-in qalibi Bakıya gəlib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ 1998-ci ildə Fransada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Kristian Karambö Bakıya gəlib. "Report"un məlumatına görə, o, "

Bakı 2015

" I Avropa Oyunlarında keçiriləcək çimərlik futbolu üzrə yarışların püşkatmasında iştirak edib.


Püşkatma mərasimi "Fairmont" otelində baş tutub.


Qeyd edək ki, Kristian Karambö 1998-ci ildə Fransanın heyətində dünya birincisi adını qazanıb. O, hazırda Fransada televiziyaların birində şərhçi olaraq fəaliyyət göstərir.