İdman
Milli.Az
Filipp Silaçi: "Gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib"
"Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı gözəl təşkil edilib".
Bunu
Trend-ə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin KİV-lərlə iş üzrə meneceri
Filipp Silaçideyib.
O bildirib: "Biz burada evimizdəki kimiyik. Gimnastika üçün hər şey düşünülüb və nəzərdə tutulub. KİV-lər üçün iş və məşqlər üçün şərait optimaldır".
F.Silaçi qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyasının dünya çempionatları, dünya kubokları, Avropa çempionatlarının təşkilində böyük təcrübəsi var: "Federasiyanın baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının vitse-prezidentidir, buna görə də o, beynəlxalq səviyyəli təcrübəyə malikdir".
Milli.Az