İdman

FHN-in Akademiyasının kursantı XII Respublika Universiadasında çempion olub - FOTO

Metbuat.az

[ 13 Mart 2015 12:05 ]



Bakı - APA. “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə martın 12-də ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları yüksək nəticələr əldə edib.

APA-nın məlumatına görə, idmanın sərbəst güləş növü üzrə keçirilən yarışlarda FHN-in Akademiyasının kursantı Fətulla Mustafayev 75 kq çəki dərəcəsində çempion olub, Nurlan Salahov isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.