İdman

Fergüsson Ronaldunu "Yunayted"ə qaytarmağa çalışır

Metbuat.az

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi

Aleks Fergüsson Kriştianu Ronaldu

nu "qırmızı şeytanlar"ın heyətinə qaytarmaq istəyir. Bu iddia ilə İspaniyanın nüfuzlu "AS" nəşri çıxış edib.



Milli.Az

goal.az

-a istinadən xəbər verir ki, mənbə Florentino Peres və portuqal ulduz arasındakı münasibətlərin yaxşı olmadığını bildirir. Bu səbəbdən Fergüssonun Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutmuş "Şalke" ilə oyunda Madridə gəldiyi və Ronaldu ilə "Yunayted"ə qayıtmaq barədə söhbət etdiyi deyilir.



Qeyd edək ki, Ronaldu həmin matçdan sonra mövsümün sonuna kimi mətbuata açıqlama verməkdən imtina etmişdi. Ronaldu üçün bir müddət əvvəl "manikunianlar" tərəfindən 200 milyon avroluq təklif hazırlansa da, onun agenti hücumçunun karyerasını "Real"da başa vuracağını söyləmişdi.



Milli.Az