İdman

"Fənərbağça" - "Beşiktaş" derbisində şok (FOTO,VİDEO)

Metbuat.az

Dünən "Fənərbağça" və "Beşiktaş" derbisində qəribə hadisə baş verib.



ANS PRESS-in məlumatına görə, Şükrü Saracoğlu stadionunda baş tutan matça "Fənərbağça"lı Emenike damğa vurub. Nigeriyalı futbolçu azarkeşlərin qəzəbinə tuş gəlib.



Oyunun 30-cu dəqiqəsində Emenikenin qol epizodundan yararlana bilməməsi "Fənərbağça" tərəfdarlarını hiddətləndirib. Emmanuel Emenikeyə qolu vura bilmədiyi üçün tribunalardan böyük reaksiya gəlib.



Daha sonra azarkeşlər digər hücumçu Musa Sou alqışlamağa başlayıblar. Bu hadisədən sonra Emenike əsəblərini cilovlaya bilməyib və oyundan çıxmağa cəhd edib. Əvvəlcə baş məşqçiyə onu əvəzləməsini deyən futbolçu daha sonra köynəyini çıxararaq oyundan çıxıb.



Futbolçunu "Fənərbağça"nın baş məşqçisi İsmail Kartal sakitləşdirib və yenidən meydançaya göndərib. Bundan sonra Emenike yenidən formasını geyib və meydançaya qayıdıb. Kayt və Əmrə də komanda yoldaşını təsəlli edib.



İsmail Kartal Emenikeyi ikinci hissənin əvvəlində oyundan çıxarıb. Nigeriyalı oyunçu dövrə arasında əvəzlənməsindən sonra stadionu tərk edib.









Mənbə
ANS PRESS