İdman
Ermənilər gələcək? Federasiya "yox", nazir "hə" deyir
Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinədir.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab edib.
Məlumata görə, federasiya qərarını yaxın vaxtlarda İdman Nazirliyinə və Olimpiya Komitəsinə açıqlayacaq.
Eyni zamanda, Ermənistanın idman naziri Qabriel Kazaryan bildirib ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər: "Biz Oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdir".
Milli.Az
Milli.Az