İdman

Elxan Məmmədov sıradan çıxdı

Metbuat.az

Sabiq dünya çempionu, cüdoçu Elxan Məmmədov sabah Türkiyənin Samsun şəhərində start götürəcək Qran-pri turnirində iştirak edə bilməyəcək.



ANS PRESS-in məlumatına görə, buna səbəb cüdoçumuzun zədələnməsi olub. 100 kiloqram çəkidə mübarizə aparan Məmmədov ötən həftə Tbilisidə keçirilən oxşar turnirdə zədələnib. Həmin turnirin yarımfinalında həmyerlimiz Elmar Qasımovla qarşılaşarkən aldığı zədəni tam sağalda bilməyən Elxanın Samsunda döşək üzərinə çıxması planlaşdırılsa da, son anda bunun mümkünsüz olduğu açıqlanıb.



Xatırladaq ki, Elxan Məmmədov 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatında 100 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və "İlin idmançısı" fəxri adına layiq görülmüşdü.

Mənbə
ANS PRESS