İdman

Elmar Qasımov Qran-Prinin "nöqtəsini" qoydu

Metbuat.az
Tbilisidə keçirilən Qran-Prinin 3-cü günündə 3 azərbaycanlı cüdoçu yarışırdı.

Milli.Az

azerisport.com

-a istinadən bildirir ki, son gündə

Elmar Qasımov

(100 kq) qızıl medal qazanıb.



90 kq çəki dərəcəsində startda

Ramin Qurbanov

fransız Lüdovik Qoberə uduzub.

Tural Səfquliyev

Rusiya təmsilçisi Qriqori Suleminə qalib gəlib. Qazaxıstanlı Aybola Aytbeki də yenən Tural 1/4 finala çıxıb. Burada tatami sahibi Beke Qvinaşviliyə uduzub. Təskinlik döyüşündə Monqolustandan olan Odqonbatar Lxaqvasurenə uduzaraq yarışı tərk edib.



100 kq çəkidə

Elxan Məmmədov

mübarizəyə ikinci dövrədən qoşulub və xorvat Zlatko Kumriçi yenib. Sonra dünya çempionumuz Latviya təmsilçisi Yevgenius Borodavkoya qalib gələrək yarımfinala çıxıb. Burada isə komanda yoldaşı Elmar Qasımovla üzləşib. Qasımov yarımfinala tatami sahibi Aleksandr Zaalişvili, sonra isə ukraynalı Artyom Bloşenkonu məğlub edərək çıxmışdı.



Yarımfinalın taleyini E.Məmmədovun zədəsi həll edib. Dünya çempionu komanda yoldaşına uduzub. Elmar Qasımov isə finalda Almaniyadan Dmitrii Petersə qalib gələrək Qran-Prinin qızıl medalını qazanıb.



Zədə səbəbindən Elxan Məmmədov bürünc üçün Fransadan Karl-Rixard Freylə döyüşə çıxa bilməyib, nəticədə 5-ci yeri tutub.



Milli.Az