İdman
Dik Advokat Premyer Liqada
Ötən gün Qustavo Poyetlə yollarını ayıran "Sanderlend" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Dik Advokat çalışdıracaq.
Hollandiyalı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. "Sanderlend" böyük klubdur. Qarşıdakı oyunları səbirsizliklə gözləyirəm. Hazırda şənbə günü Premyer Liqada qarşılaşacağımız "Vest Hem"lə oyuna köklənməliyik" - deyə 67 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Dik Advokatın son iş yeri Serbiya yığması olub.
Milli.Az
Milli.Az