İdman

​Demba Ba "Beşiktaş"ın tarixinə düşüb

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Demba Ba adını tarixə yazdırıb. "Report"un məlumatına görə, seneqallı hücumçu buna Super Liqanın XXIV turunda "Ərciyəsspor"la keçirilən oyunda nail olub.


Matçın 34-cü dəqiqəsində rəqib qapısına penaltidən yol tapan Ba 24-cü qoluna imza atıb və "Beşiktaş"ın bir mövsümdə ən çox qol vuran legioner futbolçusu adına sahib çıxıb.


Qeyd edək ki, Demba Baya qədər bu ad 23 qolla Paskal Numaya məxsus idi.