İdman

Culian Robra İsveçrə birincisi oldu

Metbuat.az

İsveçrə 2015 Cüdo Yarışında qızıla yiyələnən yerli idmançılardan biri Culian Robra olub.



ANS PRESS-in məlumatına görə, Avropa Çempionatının ikiqat bürünc medalçısı Robra final yarışında italiyalı Karola Paissonini məğlub edərək qadınlar arasında 70 kq çəki dərəcəsi üzrə qalib gəlib. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.



Usterdə isveçrəli azarkeşlər həm də Kiril Qrossklausun qızıl medalını qeyd etdilər. O kişilər arasında 90 kq çəki dərəcəsində yarışaraq öz titulunu qoruyub saxlaya bildi. Qrossklaus final yarışında almaniyalı Dario Kurbyeveiti məğlub edə bildi. İsveçrəyə üçüncü qızıl medalı kişilər arasında final yarışında 60 kq çəki dərəcəsində yaponiyalı Ritoa Funamini məğlub edən Maykl İten qazandırdı.



Podiuma başqa heç bir isveçrəli kişi idmançı qalxmasa da, İsveçrə qadınları vətənə daha iki medalla qayıtdılar.



Evelin Tschopp 52 kq çəki dərəcəsində almaniyalı Verena Tumma uduzaraq gümüş, Emili Amaron isə 57 kq çəki dərəcəsində bürünc medalın sahibi oldular.



Almaniyanın qadın cüdoçuları üç qızıl medal qazana bildilər. Tummun qələbəsi ilə yanaşı, Emili Dotzler 57 kq çəki dərəcəsində qızıl medala yiyələndi. Barbara Bandel isə 78 kq dərəcəsində birinciliyi əldə edə bildi.



Digər təqdirəlayiq çıxışı 20 yaşlı isveçli Sebastian Fagerhill nümayiş etdirdi, o 73 kq çəki dərəcəsində, slovakiyalı 21 yaşlı Peter Zilka isə 81 kq çəki dərəcəsində bürünc medalın sahibi oldu.

Mənbə
ANS PRESS