İdman

ÇL-də mübarizə davam edir: hakimlər müəyyənləşdi

Metbuat.az

Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək. ANS PRESS-in məlumatına görə, çərşənbə aхşamı və çərşənbə günlərində 4 qarşılaşma baş tutacaq.



Artıq UEFA ilk 4 oyuna təyinatları açıqlayıb. Sabah baş tutacaq "Real" - "Şalke 04" oyununu sloveniyalı Damir Skomina, "Portu" - "Bazel" matçını isə isveçli Yonas Eriksson idarə edəcək.



Çərşənbə günü keçiriləcək "Çelsi" - PSJ oyunu holland Byorn Kuipersə tapşırılıb. "Bavariya" - "Şaxtyor" görüşündə isə ədaləti şotland Vilyam Kollum qoruyacaq.



Qeyd edək ki, 1/8 finalın qalan 4 oyunu gələn həftə keçiriləcək. "Atletiko" (İspaniya) "Bayer"i (Almaniya), "Monako" (Fransa) "Arsenal"ı (İngiltərə), "Barselona" (İspaniya) "Mançester Siti"ni (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya) "Yuventus"u qəbul edəcək.



Çempionlar Liqası


1/4 final


Cavab oyunları



10 mart


23.45 Real (İspaniya) - Şalke 04 (Almaniya)


İlk oyun - 2:0.


Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Andras Kovaciç (Sloveniya).


Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinciç (Sloveniya).


Madrid. "Santyaqo Bernabeu" stadionu.



23.45 Portu (Portuqaliya) - Bazel (İsveçrə)


İlk oyun - 1:1.


Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark, Mehmet Kulum (İsveç).


Əlavə köməkçi hakimlər: Martin Stromberqsson, Markus Stromberqsson (İsveç).


Portu. "Estadio do Draqao" stadionu.



11 mart


23.45 Çelsi (İngiltərə) - PSJ (Fransa)


İlk oyun - 1:1.


Hakimlər:Byorn Kuipers, Sander van Roekel, Ervin Zeynstra, Angelo Boonman (Hollandiya).


Əlavə köməkçi hakimlər: Pol van Boekel, Riçard Liesveld (Hollandiya).


London. "Stemford Bric" stadionu.



23.45 Bavariya (Almaniya) - Şaxtyor (Ukrayna)


İlk oyun - 0:0.


Hakimlər: Vilyam Kollum, Qraham Çambers (Şotlandiya), Damyen Makkrait (İrlandiya), Alastair Mater (Şotlandiya).


Əlavə köməkçi hakimlər: Bobbi Madden, Kevin Klansi (Şotlandiya).


Münhen. "Allians Arena".

Mənbə
ANS PRESS