İdman
AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
Bakı, 22 mart,
AZƏRTACBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.
AZƏRTAC
xəbər verir ki, Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib. İlk oyunda futbolçularımızdan Zeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə topları Elvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçiriblər.