İdman
Çexiyadan qızıl və gümüş
Bakı, 16 mart,
AZƏRTACAzərbaycan gimnastları Çexiyanın Zlin şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasından
AZƏRTAC-a bildiriblər ki, turnirdə Vladmir Dolmatov fərdi çıxışına görə gümüş medal qazanıb. Qarışıq cütlüklərin yarışında isə Dolmatova – Koltunova dueti birinci yeri tutub. Anastasiya Koltunova, həmçinin fərdi çıxışına görə finala çıxmağa müvəffəq olub. Lakin o, 10-cu yerdə qərarlaşıb.
Yarışda Azərbaycanı yeniyetmə gimnastlar Fəridə Ağayeva və Xədicə Quliyeva da təmsil ediblər. Onlar fərdi çıxışlarına görə müvafiq olaraq, 14-cü və 35-ci yerlərdə qərarlaşıblar.