İdman

Çempionlar Liqasının rəmzi "11-liy"i

Metbuat.az

Çempionlar Liqasında 1/8 final mərhələsinin bu həftə keçirilən oyunlarına əsasən simvolik komanda açıqlanıb.

Apasport.az

saytının məlumatına görə, “11-lik” 3-4-3 sxeminə uyğun qurulub.


 


Maraqlıdır ki, simvolik heyətdə ən çox futbolçu ilə təmsil olunan klub “Yuventus”dur. Dortmund “Borussiya”sını cavab görüşündə darmadağın edən “Qoca sinyora”dan 3 oyunçu bu heyətdə özünə yer edə bilib. “Barselona”, “Atletiko” və uduzmasına baxmayaraq, “Monako”dan 2 futbolçu rəmzi komandaya düşüb.


 


Həftənin ən yaxşı futbolçusu isə “Barselona” ilə qarşılaşmada möhtəşəm qurtarışlara imza atan “Mançester Siti”nin qapıçısı

Co Hart

seçilib.


 


Simvolik “11-lik” belədir:


Qapıçı:

Co Hart (“Mançester Siti”)


Müdafiəçilər:

Leonardo Bonuççi, Patris Evra (hər ikisi “Yuventus”), Aymen Abdennur (“Monako”)


Yarımmüdafiəçilər:

Mario Suares (“Atletiko”), Ceremi Tulalan (“Monako”), Məsut Özil (“Arsenal”), İvan Rakitiç (“Barselona”)


Hücumçular:

Antuan Qrizmann (“Atletiko”), Karlos Tevez (“Yuventus”), Lionel Messi (“Barselona”)


 


Qeyd edək ki, bu həftə keçirilən oyunlarda “Atletiko” “Bayer”i, “Arsenal” “Monako”nu, “Barselona” “Mançester Siti”ni, “Yuventus” isə “Borussiya”nı məğlub edib.



Milli.Az