İdman

​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub

Metbuat.az

"Report" xəbər verir ki, İngiltərənin "Arsenal" klubunu qəbul edən Fransanın "Monako" kollektivi öz meydanında 0:2 hesabı ilə məğlub olsa da, səfərdə qazandığı qələbə (3:1) sayəsində 1/4 finala vəsiqə qazanıb.


Digər oyunda isə İspaniyanın "Atletiko" (Madrid) klubu ilə Almaniyanın "Bayer" kollektivi üz-üzə gəlib. Görüş hər iki oyunun nəticəsinə görə, 1:1 hesabı ilə yekunlaşdığından, matçda əlavə dəqiqələr oynanılıb.


Əlavə olunmuş hissələrdə də, qalib müəyyənləşmədiyindən, hakim oyun sonrası penalti zərbələri təyin edib.


Dramatk keçən penalti zərbələrində üstün tərəf "Atletiko" olub və 1/4 finala çıxıb.


Çempionlar Liqası. 1/8 final. Cavab qarşılaşmaları
"Monako"

(Monako, Fransa) –

"Arsenal"

(London, İngiltərə) – 0:2


Qollar: Jiru, 36 (0:1); Remsi, 79 (0:2).


"Atletiko M"

(Madrid, İspaniya) –

"Bayer"

(Leverkuzen, Almaniya) – 1:0(3:2)


Qollar: Suares, 27 (1:0).


1/4 finalın sonuncu iştirakçıları martın 18-də keçiriləcək "Barselona" – "Mançester Siti" və "Borussiya" – "Yuventus" oyunlarında müəyyənləşəcək.